Filial müdiri
Elan № 17237
16 Aprel
Elan tarixi
26 May
Bitmə tarixi
4433
Baxılıb
İş məlumatları
Mingəçevir
Şəhər
Filial müdiri
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Maliyyə
Sahə
Bank xidməti
Kateqoriya
İş barədə məlumat
Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
Bazarın liderlərindən biri olan GL ASC (Sizin Lombard) Mingəçevir şəhərində yerləşən, mövcud həmçinin yeni açılacaq filiallar üzrə Filial Meneceri vəzifəsinə işçi qəbulu elan edir. Karyeranızı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, size peşəkar komandamıza qoşulmağa dəvət edirik
Əsas vəzifələr:
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Satış hədəflərinə nail olmaq, komandaları idarə etmək və mükəmməl müştəri xidməti göstərməklə bağlı təcrübə
- Qızıl girovlu kreditləşdirmə və ya oxşar təminatlı kredit məhsulları ilə tanışlıq
- Təşkilati məqsədlərə nail olmaq üçün komandaya rəhbərlik etmək və motivasiya etmək bacarığı
- Güclü qərar vermə bacarıqları və təzyiq altında mürəkkəb vəziyyətləri idarə etmək
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 25-50 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: razılaşma yolu ilə və əlavə olararq əməkhaqqının iki misli qədər bonus əldə etmək imkanı.
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial müdiri” başlığı ilə vakansiya@glasc.az elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
Ünvan
AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A
Əlaqə nömrəsi
(+994 51) 2303407
Vebsayt
www.sizinlombard.az
info@glasc.az
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Qrup rəhbəri
Güvənli MMC
Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi
Xalq Bank
Məhsul və xidmətlər şöbəsinin mütəxəssisi
Xalq Bank
Rəqəmsal həllər şöbəsinin Mütəxəssisi
Xalq Bank
Ekvayrinq xidməti üzrə regional təmsilçi (Şirvan)
Xalq Bank
Ekvayrinq xidməti üzrə regional təmsilçi (Gəncə)
Xalq Bank
Ödəniş Kartları İdarəsinin Mübahisə və etiraz sorğuları şöbəsinin Mütəxəssisi
Xalq Bank
Xəzinə bölməsi üzrə kiçik mütəxəssis - Lənkəran
ABB
Xəzinə bölməsi üzrə kiçik mütəxəssisi - Bərdə
ABB
Qeydiyyatçı
Lombard (kredit təskilatı)
Korporativ biznes departamenti Layihə Kreditlərinin təhlili şöbəsinin qrup rəhbəri
ABB
Satınalma müqavilələrinin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi
ABB
Əməliyyatçı
İdeal Kredit
Bank sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi
Xalq Bank
Komplayens risklərinin monitorinqi şöbəsinə təcrübəçi
Kapital Bank
Arxiv işi üzrə mütəxəssis
ABB
Elan № 17237
16 Aprel
Elan tarixi
26 May
Bitmə tarixi
4433
Baxılıb
Elanın irəli çəkilməsi
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.