Elan № 17333
22 Aprel
Elan tarixi
01 İyun
Bitmə tarixi
11593
Baxılıb
İş məlumatları
İş barədə məlumat
One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən bir texnoloqiyadır.
- Vəzifə : Korporativ əlaqalər üzrə menecer (Corporate Relations Manager)
- Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Yaş: 30 - 35 yaş
- Təhsil: Ali
- Əmək haqqı – 1000-1500 AZN
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vəzifə öhdəlikləri:
- Potensial yeni korporativ müştərilərin müəyyən olunması və görüşlərin təyin edilməsi;
- Mövcud partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
- Potensial müştərilər və seqmentlər üzrə təhlilin aparılması;
- Korporativ müştərilərə xidmət və biznes təklifi təqdim etmək;
- Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin məlumat bazasının doldurulması;
- Korporativ müştərilərlə müqavilələrin bağlanması;
- Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
- Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasına (aktların ödənilməsinə) və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nəzarət;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Dövri hesabatların (günlük, həftəlik. aylıq) hazırlanması və təhlili;
- İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
- Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi;
- Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;
Tələb olunan keyfiyyətlər:
- Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı;
- İşgüzar danışıqlarda, korporativ satış, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
- Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq, menecment və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
- Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
- İnformasiya Texnologiyları və telekommunikasiya üzrə biliklər üstünlük hesab olunur;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
- İnternet axtarış sistemlərindən sərbəst istifadə;
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Peşəkar, xoş xarici görünüş, koorporativ etikanı bilməli;
- Yalnız Xanım namizəd tələb olunur;
Bacarıqlar:
- Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
- Satış bacarığı;
- Analitik yanaşma və təhlil;
- Problem həll etmə bacarıqları;
- Təqdimat bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Korporativ əlaqalər üzrə menecer” yazaraq öz CV-lərini (foto ilə) hrbaku@onesmartstar.com e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
İnzibatçılıq üzrə mütəxəssis - Şəmkir
ABB
Texniki işlər üzrə mütəxəssis
Aura MT MMC
Təlim Koordinatoru
Baby Safety
Xəzinədar/Koordinator
Missiya Təhsil Şirkəti
Asistent
Arzena Design
Оператор call-центра
Asthetik Lab kosmetoloji klinika
Xadimə
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi
Satış Meneceri
Anadolu Group
İşçi cəlbi və seçimi şöbəsində təcrübəçi
Kapital Bank
Assistent
ABB
İnsan resurslarının idarə edilməsi departamentinə Biznes Tərəfdaş
ABB
Administrator
Nadias Patisserie
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi
Xalq Bank
Call Center mütəxəssisi
Wraym
Reception
Modern İdman və Əyləncə Mərkəzi
Ofis meneceri
Giləzi
Elan № 17333
22 Aprel
Elan tarixi
01 İyun
Bitmə tarixi
11593
Baxılıb
Elanın irəli çəkilməsi
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.