Ümumi qaydalar

Ümumi şərtlər

Bu bölmə hellojob.az-ın ümumi qaydalarını və hüquqi məsuliyyətlərini özündə əks etdirir. Zəhmət olmasa saytımızdan istifadə etməzdən əvvəl aşağıdakıları diqqətlə oxuyun. Əgər siz aşağıda qeyd olunan şərtləri qismən və / və ya tam qəbul etmirsinizsə, Hellojob.az-dan heç bir məqsəd üçün istifadə etməyin.


Hellojob.az-ın öhdəlikləri;

Hellojob.az saytdakı şirkətin məzmununa və namizəd məlumatlarına görə heç bir şəkildə cavabdeh deyil və məsuliyyət daşımır. 


Saytda CV-si olan istifadəçi öz CV-sindəki məlumatlara görə məsuliyyət daşıyan tək şəxsdir.


Hellojob.az işəgötürən deyil. İşəgötürən şirkətlə əlaqə saxlayan namizəd bütün məsuliyyəti öz üzərinə götürür. Bu prosesdə hellojob.az heç bir məsuliyyət daşımır.


Hellojob.az elanlara daxil olan müraciətlərin sayına görə cavabdeh deyil və işçi tapılmasına zəmanət vermir.

Hellojob.az saytın proqram təminatında hər hansı xətaların olmamasına və saytda virusların olub-olmamasına görə heç bir məsuliyyət daşımır. Bu saytdakı hər hansı proqram təminatı səbəbindən istifadə etdiyiniz proqram təminatı və/yaxud aparata hər hansı ziyan dəyərsə şirkətimiz bununla bağlı məsuliyyət daşımayacaq.


Hellojob.az öz marketinq fəaliyyətləri üçün vakansiya və CV-lər ilə bağlı bütün məlumatlardan istifadə etmək hüququna malikdir.


Vakansiya yerləşdirmək üçün qaydalar

  1. Ödənişsiz vakansiya üçün paket hər şirkət üçün 35 gündə bir dəfə keçərlidir. 
  2. Ödənişsiz paket yalnız online istifadəçilər keçərlidir. Digər hallarda göndərilən elanlar, elan sayına uyğun paket qiymətinə uyğun ödəniş edir.
  3. Vakansiyaların saytda yayımlanma müddəti 30 gündür.
  4. Vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
  5. Bir vakansiya başlığında yalnız bir vəzifə adı qeyd oluna bilər.
  6. İş elanları və namizədə tələblər xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın qeyd olunmalıdır.
  7. Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
  8. Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
  9. Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
  10. Əmək haqqı məbləği həqiqətə uyğun olmalıdır. Reallığı əks etdirməyən maaş məbləği və geniş interval düzəliş üçün geri göndərilir.
  11. Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
  12. Dərc olunmuş vakansiyanın redaktəsi zamanı İş haqqında məlumat və ya Namizədə tələblər bölməsinin mövcud olana nəzərən bütünlüklə dəyişdirilməsi / yeni məlumat ilə əvəz olunması qadağandır.
  13. Tibbi, kosmetik, zinyət əşyaları məhsulların online satışı, kütləvi şəkildə işə qəbul, vakansiya üçün şəxsdən ödəniş tələbi və s. növdə vakansiyaların yayımı qəbul olunmur. Habelə dərman preparatlarının satışı, kriptovalyuta alqı-satqısı və s. ilə bağlı vakansiyalar vebsayt tərəfindən imtina edilə bilər. Bu hallarda ödəniş geri köçürülür.
  14. Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
  15. Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan və ölkə daxilində olmayan vakansiyalar qəbul olunmur.
  16. Şirkət haqqında yetəri qədər informasiya tapilmadıqda vebsayt tərəfindən vakansiyanın yerləşdirilməsinə imtina edilə bilər. Bu halda ödənilən məbləğ elan yükləyən şəxsin kart hesabına geri yüklənir.
  17. Ödənişsiz "Təcrübə proqramı" paketi ilə yerləşdirilən elanlarda təcrübə proqram haqqında ətraflı məlumat qeyd edilməlidir.
  18. Elanlar vebsaytda əlavə olunduqdan sonra təsdiqlənmə müddəti yerləşdirən şirkət və elanın məzmununa əsasən 1-2 iş günü təşkil edir.
  19. Hellojob.az-da yayımlanan elanlar isbu.az saytında da paylaşıla bilər.

CV yerləşdirmək üçün qaydalar

  1. CV-nin saytda yerləşdirilməsi ödənişsizdir.
  2. CV saytda siz onu deaktiv edənə qədər yayımlanacaqdır.
  3. Vəzifə bölməsində yalnız bir vəzifənin adı qeyd oluna bilər. Bir neçə vəzifə qeyd olunan CV-lər qəbul olunmur və redaktə etməyiniz üçün geri göndərilir.
  4. CV-ə əlavə olunmuş şəkil, ümumişlək CV normalarına uyğun olmalıdır. Əks təqdirdə CV şəkilsiz əlavə olunacaqdır. 
  5. Vəzifənin adı ilə kateqoriya uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
  6. Təhsil haqqında xanasında namizədin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası və təhsil aldığı tarix aralığı qeyd olunmalıdır.
  7. İş keçmişi xanasında namizədin iş yeri, vəzifəsi və işlədiyi müddət aralıqları qeyd olunmalıdır.
  8. Bacarıq və sertifikatlar xanasında namizədin ümumi bacarıqları, qatıldığı layihələrdən əldə etdiyi sertifikatlar və s. qeyd olunmalıdır.
  9. Biliklər xanasında namizədin peşəkar bilikləri, dil bilikləri, kompüter proqramları və s. qeyd olunmalıdır.
  10. Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
  11. Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
  12. Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir. 
  13. Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
  14. Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan CV-lər qəbul olunmur.
  15. Sizə daxil olan müraciətlərə, telefon zənglərinə görə (Nömrə yerləşdirmək vacib deyil) sayt məsuliyyət daşımır.

Kommunikasiya

1. Vebsayt administrasiyasının qeydiyyatdan keçmiş istifadəçilərə sms, elektron poçt göndərmək və zəng etmək hüququ malikdir.

Hellojob.az bu səhifələrdə qeyd olunan ümumi şərtləri istədiyi vaxt və istədiyi şəkildə dəyişmək hüququnu özündə saxlayır. Hellojob.az-ın www.hellojob.az ünvanını ziyarət edərkən bu səhifəyə də baş çəkməlisiniz. Buna görə də, www.hellojob.az saytına daxil olduğunuz zaman bu səhifəni də ziyarət etdiyiniz qəbul edilir.