CV-ə daxil edə biləcəyiniz kompüter bacarıqları

04 Noyabr 2020 26766

İş yerlərində texnologiyaya tələbat artdıqca kompüter bacarıqlarına olan tələbat da artır. Aid olduğunuz sahədən asılı olaraq kompüter bilikləriniz sizi digər namizədlərdən fərqləndirə bilər. Lakin müasir dövrdə istənilən sahədə təməl səviyyədə də olsa kompüter bilikləri lazımlıdır. Odur ki, dünyada bu cür trendlər formalaşdıqca kompüter biliklərinizi artırmaqda və öz CV-nizə əlavə etməkdə böyük fayda var.

Kompüter bilikləri niyə vacibdir?

Müxtəlif sahələr üzrə kompüter bacarıqları tələb olunandır və xüsusən bəzi peşələrin ən əhəmiyyətli meyarlarından biridir. Kompüter işinin tətbiqi sahədən asılı olaraq hesabatın, maliyyə və hesabatın aparılmasında, verilənlərin daxil edilib, emal olunmasında, iş saatlarının idarə edilməsində, layihənin tərtib olunmasında və digər sahələrdə müxtəlif işlərin görülməsi üçün istifadə edilir. Bu səbəbdən proqram təminatlarının istifadəsindən xəbərdar olmaq sizin üçün yalnızca üstünlük deyil, həmçinin tələbat meyarıdır.

İş axtararkən müraciət etdiyiniz sahədən asılı olaraq, texnologiyadan istifadə qabiliyətiniz müxtəlif ola bilər. Bəzi sadə kompüter bacarıqlarınızı CV-ə daxil etməyi unutmamalısınız.

CV-də kompüter bacarıqları siyahısını tərtib etməyiniz üçün məsləhətlər:

Yalnız sadə kompüter biliklərinizi daxil etməyin. Məsələn, əgər qrafik dizayn kimi hər hansı biliyiniz varsa bunu da daxil edin.

İşinizin təsvirində karyeranızda istifadə etdiyiniz kompüter tətbiqlərini və proqram təminatlarını daxil edin. Həmçinin onları istifadə edərək hansı bacarıqlarınızı inkişaf etdirdiyinizi və hansı nəticələr aldığınızı qeyd edin.

Nümunələr gətirin. Yalnızca hər-hansı proqramın adını və istifadə etmək səviyyənizi yamaqdan əlavə həmçinin hansı nəticələri əldə etdiyinizi də yazın. Məsələn, əgər kodlaşdırma biliyiniz varsa bunu harada istifadə etdiyiniz və hansı uğurlar qazandığınızı CV-ə daxil edə bilərsiniz.

Bacarıqlarınızla hansı nailiyyətlər əldə etdiyiniz qeyd edin. Keçmiş iş yerinizdə və yaxud hər-hansı layihədə kompüter biliyinizin hansı üstünlüklər və nailiyyətlər sizə qazandırdığınızı qeyd etməyiniz CV-i daha da cəlbedici edə bilər.

Siyahıya alacağınız spesifik kompüter bacarıqları

CV-də kompüter bacarıqlarınızı siyahıya alacağınız bir hissə olmalıdır. Bu hissədə bildiyiniz kompüter tətbiqatları və proqram təminatlarının siyahısını daxil edə bilərsiniz. Aşağıda sizin üçün nümunələr təqdim edirik:

  • MS Office
  • Sənədlərin redaktəsi
  • Proqramlaşdırma və təhlükəsizlik
  • Proqram və veb inkişaf təcrübəsi
  • Kompüter hissələrinin təmiri
  • HTML, CSS və s. kodlaşdırma dilləri
  • Data daxil edilməsi, təşkili və virtual verilənlər bazası idarəetməsi və s.

Keçmiş iş və yaxud təhsiliniz üçün CV-də ayırdığınız hissələrdə zamanla inkişaf etdirdiyiniz kompüter bacarıqlarınızı yazmağı unutmayın. Məsələn:

  • MS Excel-də mağazanın müştəriləri və aldıqları məhsullar haqqında verilənləri daxil edib müxtəlif kateqoriyalar tərtib etmişəm.
  • AutoCad vasitəsilə planlar tərtib etmiş və daha sonra 3D vizuallaşdırma ilə ofislər üçün kreativ interyer dizaynlar hazırlamışam
  • Komanda üzvlərini məşğul və məhsuldar tutmaq üçün Trello, Google Docs və Slack kimi kontent idarəetməsi və əməkdaşlıq tətbiqetmələrində təcrübə əldə etmişəm.

Kompüter bacarıqlarını necə inkişaf etdirə bilərsiniz

Yeni kompüter bilikləri əldə etmək və yaxud cari biliklərinizi artırmaq üçün bir neçə üsullar var:

  1. Onlayn kurslar. Müxtəlif onlayn platformalar (Udemy, Coursera, Youtube, Google Digital Garage və s.) ödənişli və ödənişsiz əsaslı kurslar təqdim edir. İxtisasınıza və bəyəndiyiniz sahəyə uyğun kurslar tapa bilər və yeni biliklər əldə edə bilərsiz.
  2. İşinizdə istifadə edə biləcəyiniz tətbiqlərdən yararlanın. Əgər iş yeriniz sizi hər-hansı proqram təminatı ilə təmin edirsə və yaxud sizə onlayn kurslar ilə öyrənmək üçün şərait yaradırsa, bu fürsətlərdən istifadə edin.
  3. Mütəxəssislərdən məsləhətlər alın. Sahəniz üzrə ixtisaslı insanlardan kompüter biliklərinizi artırmağınıza yardım edəcək məsləhətlər alın. Hər-halda hər kəsin özünün fərdi metodları var, başqalarının təcrübələrindən öz təcrübənizə də bir şeylər qata bilərsiniz.

Oxşar yazılar