CV nədir? CV-də nələr yazılmalıdır? Tez-tez edilən səhvlər.

11 Yanvar 2022 19357

Curriculum vitae (lat.)  qısaldılmış forması CV bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəddir. Adətən, mahiyyətcə işəqəbulunma sənədi sayılır.



CV-də nələr yazılmalıdır?

CV və ya xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir.‍

CV formasında olmalıdır:

  • Ad və soyad;
  • Doğum tarixi;
  • Şəkiliniz

Çalışın 3:4-ə formatda üzünüzün tam aydın görsəndiyi şəkil yerləşdirəsiniz. Şəkil qarşıdan çəkilməli və bulanıq olmamalıdır. 

  • Namizəd ilə əlaqə vasitələri - əlaqə nömrəsi və elektron poçt ünvanı;

Çalışın iş müraciətləri üçün istifadə edəcəyiniz mail adressi daha professional yalnız adınız və soyadınızdan ibarət olsun. Həvəskarı olduğunuz futbolçu və ya sevdiyiniz aktyor adlarından istifadə etməkdən çəkinin.

  • Sosial şəbəkə hesabları – Müraciət etdiyiniz pozisiyadan aslı olaraq, burada öz sosial şəbəkə hesablarınızı da daxil edə bilərsiniz.

Məsələn məqalə yazarısınızsa, nümunə işlərinizin olduğu bir hesabı və ya saytı qeyd edə, dizayn sahəsi üzrə işləyəcəksənizsə, Behance və s. kimi hesablarınızın linklərini yerləşdirə bilər, Proqramlaşdırma sahəsi üzrə ixtisaslaşırsınızsa, Git hesabınızı qeyd edə bilərsiniz.

  • Təhsil 

Burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır;

  • Sertifikat və diplomlar (nailiyyətlər);

Burada müraciət etdiyiniz sahə üzrə Udemy, Coursera, LinkedIn Learning kimi platformalardan əldə etdiyiniz sertifikatları qeyd etməyiniz tövsiyə olunur.

  • İş həyatı və könüllülük fəaliyyəti 

Əgər varsa, iş təcrübələrinizi mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar. Məsələn, deyək ki, siz X firmasında "Layihə rəhbəri” vəzifəsində çalışmışınız. Bu zaman bir aşağı sətirdən bu vəzifədə gördüyünüz işlərdən ümumi yaza bilərsiniz. Məsələn, "layihənin ümumi gedişatına nəzarət, büdcəyə nəzarət və tətbiqi, layihənin perspektivlərinin analizi” və s. Bu qeyd etdiyim sadə bir nümunə idi. Bunu nə qədər professional yazmağınız sizdən asılıdır.

  • Maraq və bacarıqlar (dil, komputer və s.) 

Burada boş zamanınızı necə dəyərləndirdiyinizi qeyd edə bilərsiniz. Qeyd edim ki, məqsədinə görə bu hissəni əlavə etmək könüllüdür. Çünki bu hissədə yazacaqlarınız daha çox komanda şəraitində necə işləyə biləcəyiniz barədə kiçik fikir formalaşdırır. Məsələn, foto çəkmək, həvəskar aktyorluq, oyun oynamaq və s.

‍Xarakterik səhvlər

  • CV tərtib edərkən, mexaniki və hamıya xarakterik olan səhvlərə yol verməməyə çalışın. Yadda saxlayın:

• Müxtəsərlik (konkretlik) istedadın tən yarısıdır. CV çap edilmiş formatda iki səhifədən artıq olmalı deyil. Bu xatirə dəftəri və ya tərcümeyi-hal deyil, ona görə də bəzi detalları buraxmaqda qorxulu heç nə yoxdur

• Bütün vakansiyalara eyni CV-ni göndərməyin. Yaxşı olar ki, vakansiyanın xarakterindən, tələb olunan keyfiyyətlər və vəzifələrdən asılı olaraq CV-yə müəyyən çəki-düzəm verib, onu uyğunlaşdırasınız. Çalışın ki, işəgötürənin tələblərinə uyğun olduğunuzu göstərə biləsiniz.

• Öz hədəfinizi dəqiq formalaşdırın, məsələn mühasib və ya menecer vəzifəsi. Kifayət qədər aydındır ki, kompaniya çox böyük miqdar işçi heyəti cəlb edir və namizədin hansı vəzifəyə müraciət etdiyini müəyyən etmək üçün CV-ni başdan sona qədər oxumaq, işəgötürən üçün əlavə çətinlik və vaxt itkisidir.

• Keçmiş vəzifənizdəki işlərin bütün təfərrüatını yazarkən xırdalıqlara o qədər də aludə olmayın. Yalnız əsas fəaliyyət sahələrini qeyd edin, əks təqdirdə işəgötürəndə belə bir təsəvvür yaranır ki, siz digər işlərə daha çox vaxt ayıraraq, öz birbaşa öhdəliklərinizə biganə yanaşmısınız.

CV düzəltmək üçün ən yaxşı pulsuz saytlar hansılardır?

 Burdakı linklərə keçid edərək daha rahat CV-lər hazırlaya bilərsiniz.

Bu sayt ən məşhur CV hazırlama saytlarından biri hesab olunur. Rahat və anlaşıqlı interfeysi ilə hər çeşiddə CV hazırlamaq mümkündür

Buradakı saytdan da müxtəlif şablonlara müraciət edə, daha sonradan CV-i istədiyiniz kimi fərdiləşdirə bilərsiniz!

Canva çox funksional alətlərdən biridir. Burada nəinki CV, həmçinin, postları müxtəlif formalarda düzəldə bilərsiniz.


Oxşar yazılar