Karyeranızı inkişaf etdirməyinizə kömək edəcək 5 kitab tövsiyəsi

22 Oktyabr 2020 5354

İş dünyasında müvəffəqiyyət qazanmaq bəzi insanlara xas olan bir istedad olsa da, digərləri bunu aldıqları təhsil və oxuduqları kitablar sayəsində əldə edirlər. İşinizdən və vəzifənizdən aslı olmayaraq, özünü inkişaf etdirməyin və öyrənməyin sonu yoxdur və kitablar öyrənmək üçün ən təsirli mənbələrdən biridir. 

Bu yazımızda sizə müxtəlif sahələrdə kömək edəcək iş kitabları haqqında məlumat verəcəyik. Xoş oxumalar :) 

1. Buyology – Martin Lindstrom

Dünyaca məşhur marketinq mütəxəssisi Martin Lindstrom bu kitabla adını dünyaya tanıtmağı bacarmışdı. Martin Lindstrom bu kitabı hazırlamaq üçün 3 il sərf etmiş və araşdırmalarına təxminən 7 milyon dollar xərcləmişdir. Bu araşdırmalar sayəsində insanların satın alma səbəblərini, məntiqin rolunu və beyinin satın alma zamanı verdiyi qərarları analiz etmiş və uğurlu, bir o qədər təəccüblü nəticələr əldə etmişdir. Bir sözlə, istehlakçının beynindəki proseslərə elmi bir açıqlama vermişdir. Marketinq və reklam sənayesində işləyənlər üçün mütləq oxunmalı bir kitabdır! 

2. Komanda Oyunu (Tribes) - Seth Godin 

Seth Godin bu kitabla liderlərə və lider ruhuna sahib insanlara müraciət edir. Bu gün bir çox sahədə komanda işi və komandada işləmək bacarıqları zəruridir. Bu komandalarda bəzən sevmədiyimiz və ya uyğunlaşmadığımız insanlarla qarşılaşırıq. Bu vəziyyətdə nə etməliyik? İşdən çıxmalıyıq və ya başqa bir komandaya keçməyimizi xahiş etməliyik? Əlbəttə ki xeyr! Godinin bu kitabı həm komandada işləyənlər, həm də idarə etməyi sevənlər üçün faydalı olacaq məlumatlardan ibarətdir. Hansı mühitdə olmağınızdan asılı olmayaraq, liderlik keyfiyyətləriniz varsa, idarəçi və təşkilatçı insan ola bilərsiniz. 

3. İnandırma Psixologiyası – Robert Cialdini 

Robert Cialdini tərəfindən 2000-ci ildə nəşr olunan İnandırma Psixologiyası təkcə iqtisadiyyat və biznes deyil, eyni zamanda ən yaxşı psixologiya kitabları sırasındadır. Bir sahibkarın sahib olması zəruri olan keyfiyyətlərindən biri inandırmaq bacarığıdır. Kitab bunun əhəmiyyətinə toxunur və inandırma qabiliyyətinizi inkişaf etdirməyi, bunun iş dünyasında nə qədər vacib olduğunu izah edir. 

Bütün dünyada 250 min insanın oxuduğu əsər yalnız iş dünyasında deyil, münasibətlərdə, gündəlik həyatda, məktəbdə, işdə, satışda, marketinqdə, bir sözlə, həyatın bütün sahələrində lazım olan inandırma gücünü qazanmağınıza imkan verir. Bu kitab yalnız sahibkarları deyil, şirkətlərin və ya markaların bizi necə inandırdığını görməyimizə imkan verdiyi üçün hamımızın oxunması gərəkən bir kitabdır. 

4. 80/20 Prinsipi - Richard Koch 

Richard Koch tərəfindən yazılmış “80/20 Prinsipi” əslində kainatda doğruluğu qəbul edilən bir nəzəriyyədir. Həm işdə, həm də şəxsi həyatda sizi müvəffəqiyyətə aparacaq bir məlumat bu kitabda izah edilib. Müəllif həyatımızda lazımsız və əlavə şeylərdən qurtularaq həqiqi uğura çatmağın mümkün olduğunu vurğulayır. Həyatımızda boş şeylərə çox vaxt ayırmağın səhv olduğunu izah edən “80/20 Prinsipi” əsrin ən yaxşı iş kitabları sırasına daxildir. 

5. Varlı Ata, Kasıb Ata - Robert T. Kiyosaki / Sharon L. Lechter 

2005-ci ildə nəşr olunan bu kitab varlılıq haqqında düşündüklərinizi dəyişdirə bilər. İqtisadiyyat və iş dünyası mövzusunda olan əsər, insan və cəmiyyət haqqında da məlumatları özündə cəmləşdirir. Kitabın mövzusu əslində hamımızın hər zaman şikayətləndiyimiz bir vəziyyətdir. 

Bütün təhsil həyatımız boyu pul haqqında heç nə öyrənmirik. Məzun olub iş həyatına başlayanda isə bir çox çətinliklərlə üzləşirik. “Varlı Ata, Kasıb Ata” kitabına görə insanların maddi çətinliklərdən əziyyət çəkmələrinin əsas səbəbi pul idarəsi haqqında təhsilsiz olmalarıdır. Kitab maliyyə savadlılığı və şəxsi büdcə idarəsi haqqında önəmli məlumatlar verir.

Oxşar yazılar