Müsahibədə bədən dili hərəkətləri və mənaları

21 İyul 2020 8233

Bəzən bir kəlmə belə demədən bəzi şeyləri izah edə bilərik. Cem Yılmazın səhnə nümayişlərindən birində "pəncərəni aç" ifadəsini xatırlayırsınızsa, bir söz demədən hərəkətlərlə bir çox şeyi izah etdiyini görə bilərsiniz. Ancaq bu dil həmişə ədəb qaydalarına uyğun və nəzakətli bir dil olmaya bilər. Düzgün istifadə edilmədikdə, bir çox problemlərə səbəb ola bilər. Özəlliklə, iş müsahibəsində bu dilin yanlış istifadəsi iş görüşməsinə mənfi təsir edəcəkdir.

İş müsahibəsində bədən dili ilə bağlı edilən yanlışlıqlar nələrdir?

Uyuşuqluq

Çiyinlər aşağı və irəli əyilmiş bir vəziyyət tamamilə qarşı tərəfə hörmətsizlik deməkdir. Bu kiminsə məcburiyyəti ilə oraya gəldiyinizi söyləyir. Dik durmalısınız və söylədiklərinizi astadan yox, yüksək səslə söyləməlisiniz.

Uyğunsuz üz mimikaları

İş görüşmələrində bədən dili üçün mimikadan istifadə etmək, əlbəttə, faydalıdır. Ancaq bunu şişirdərək hər jestinizi mimikalarla ifadə etməyə çalışmayın. Bir opera dirijoru kimi davransanız əliniz mütləq nələrisə qıracaq. Mimikalar yerində işlədildiyi zaman qarşı tərəfin diqqətinin yayınmasının qarşısını alır. Ancaq həddən artıq istifadə edildikə xoş olmayan təəssürat yarana bilər.

Davamlı olaraq saata baxmaq

Biriylə danışarkən davamlı olaraq qol saatınıza baxmaq və ya divardakı saatı izləmək böyük hörmətsizlik əlamətidir. Bu "Tez danış, tələsirəm" və ya "səndən daha vacib işlərim var" mənasını verə bilər. Qarşınızdakı insan bunu hansı mənada anlayacaqsa, siz də bir o qədər çətin vəziyyətlə qarşı-qarşıya qalacaqsınız.

Dik baxışlar

Bu baxışın əsl mənası yuxarıdan baxmaqdır. Başınızı bir az qaldırmaq, gözlərinizi daraltmaq və qarşınızdakı şəxsə alçaldıcı bir nəzər salmaq deməkdir. Bu ifadə laqeydlik və aşağılama deməkdir. Qarşınızdakı danışarkən mütləq irəli doğru ona qulaq asmalısınız.

Qolları çarpazlamaq

Qollarınızı çarpazlamanız qarşıdakı tərəfə və dediklərinə bağlı laqeyd olduğunuz mənasını verir. Bu, sizin dediklərinizlə maraqlanmıram, qulaq asmıram və ciddi qəbul etmirəm deməkdir. Bundan əlavə, bu cür duruşlar özünüzə çox güvəndiyinizi və eqoist bir xarakterə sahib olduğunuzu da göstərə bilər. Bədən dili tədqiqatlarına görə əllərinizi masanın üstündə saxlamaq ən yaxşı üsuldur.

Bir Metallika konsertindəymiş kimi başınızı silkələməyin

Baş silkələmək "razıyam" mənasına gəlir. Qarşınızdakı danışarkən "səni anlayıram və eyni fikirləri bölüşürəm" mənasını verən bədən dilidir. Ancaq qarşınızdakı uzun müddətdir danışırsa, söhbətin sonuna qədər mütəmadi olaraq başınızı silkələməyin.

Biraz sakitləşin

Hərəkətli biri ola bilərsiniz. Ancaq bunu daha az etməyə cəhd gösdərin. 

Göz təması niyə önəmlidir?

Qarşılıqlı danışıq zamanı göz təmasından qaçınmaq "yalan" danışdığınız mənasına gələ bilər. Göz təması yaratmadığınız zaman bədən dili qaydalarına görə güvənsizlik hiss etdirmiş olacaqsınız. Göz təması düzgün səviyyədə və düzgün vaxtda olmalıdır.

Əl sıxmaq

Qarşınızdakının əlini qoparacaqmışcasına əl sıxmaq hər nə qədər pis görünsə də, zəif əl sıxma da xoş görünməyəckdir. Qarşınızdakı insanın quruluşuna görə əl sıxın. Əl sıxmağı göz təması ilə yan-yana düşündüyümüzdə diqqət etməmiz gərəkən bir məsələ var. Həm göz təması qurub, həm də əl sıxmaq istəyirsinizsə, ayağınızı basdığınız yerə diqqət edin. İlişib yıxılmanız heç də ürək açan olmaz. Çünki böyük ehtimal müsahibə yerinə ilk dəfədir gedirsiniz. Bədən dilinin iş görüşmələrində önəmi böyükdür. Nə dediyiniz qədər necə dediyiniz də önəmlidir. Yuxarıda qeyd etdiyimiz qaydalara diqqət etsəniz, bir çox görüşlərdən müsbət nəticələr alma şansınız artacaqdır.

Mənbə: iienstitu

Oxşar yazılar