Sosial Media İdarəetməsi:
• Sosial media platformalarında (Facebook, Instagram, TikTok və s.) hesabların idarə olunması və inkişaf etdirilməsi.
• Hədəf kütləyə uyğun cəlbedici məzmun strategiyalarının hazırlanması və həyata keçirilməsi.
Məzmun Yaradılması:
• Canva və digər dizayn alətləri ilə kreativ və sadə postların hazırlanması.
• Həftəlik və aylıq məzmun planlarının tərtib edilməsi.
• Şirkət imicinə uyğun dizayn və mətnlərin yaradılması.
Reklam Kampaniyalarının İdarə Edilməsi:
• Facebook Ads Manager və digər reklam platformalarında kampaniyaların qurulması və optimallaşdırılması.
• Hədəf kütləni düzgün müəyyən etmək və effektiv reklam strategiyaları hazırlamaq.
• Reklam büdcəsinin idarə olunması və nəticələrin təhlil edilməsi.
Komanda İşbirliyi:
• Komanda ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsi.
Təcrübə və Bacarıqlar:
• Rəqəmsal marketinq və sosial media idarəçiliyində ən azı 3-5 il təcrübə.
• Reklam agentliyində iş təcrübəsi arzu olunandır.
• Analitik düşüncə və reklam nəticələrini təhlil etmək bacarığı.
• Kreativ düşüncə və yeni trendləri izləmə qabiliyyəti.
• Copywriting bacarıqları üstünlükdür.
İş Şəraiti:
• İş saatı: 10:00 - 18:00
• Maaş: 600-800 AZN (təcrübəyə əsasən)