Araz Supermarketlər şəbəkəsi

Araz Supermarketlər şəbəkəsi

XXI əsrin birinci on illiyində ölkəmizdə, əsasən də Bakıda mövcud olan pərakəndə satış bazarında kifayət qədər boşluqlar hiss olunurdu.

"Veysəloğlu" distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdi 2011-ci il mayın 7-də pərakəndə sektorda yaranan fürsətləri dəyərləndirərək "Araz" supermarketləri şəbəkəsini qurmağı qərara aldılar.

Məqsədi "Siz harada, “Araz” orada sloqanı" ilə Azərbaycanın bütün bölgələrində “Araz” supermarketlər şəbəkəsinin yaradılmasına nail olmaq, bununla da bütün pərakəndə sektorunu əhatə etməyi hədəf götürən “Araz" supermarketlər şəbəkəsi ilk olaraq 2011-ci ildə Bakıda 4 filialla xidmətə başladı.

İnkişaf yolunu davam etdirən "Araz" supermarketlər şəbəkəsinin təkcə Bakı və Sumqayıt şəhərlərində deyil, eləcə də Şəki, Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Quba, Saatlı, Mingəçevir, Yevlax, Masallı və Şuşa şəhərlərində də marketləri vardır. "Araz" supermarket hal-hazırda ölkəmizin bir çox ərazilərindəki 400-dən çox marketi , 11000-dən artıq əməkdaşı və Məhəmmədi qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə müştərilərinin xidmətindədir. 

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox