Badamlı Mineral Sular

Badamlı Mineral Sular

1947-ci ildən bu günə 75 ildir ki, Badamlı təbii mineral suyu süfrələri bəzəyir. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavap verən bu təbii mineral su əl dəymədən, qaynağında qablaşdırıb istehlakçıların istifadəsinə verilir. Badamlı mineral suyu Şahbuz rayonunun Badamlı qəsəbəsində dəniz səviyyəsindən 1274 m yüksəklikdə çıxarılır. Müasir istehsalat standartlarına cavab verən yeni zavod bulağın qaynağından 60 metrlik məsafədə tikilib və hazırda fəaliyyət göstərir. Badamlı mineral suyu qazlı və qazsız olmaqla 21 çeşiddə qablaşdırılır. Müəssisə bütünlükdə beynəlxalq standartlara cavab verir. İstehsal prosesi ISO Keyfiyyət İdarəetmə Sistemi və Qida Təhlükəsizliyinin tələblərinə uyğun şəkildə təşkil edilib və istehsal prosesinin bütün mərhələlərində ən son texnologiyalardan istifadə edilir. Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb. İstehsal olunan bütün məhsulların keyfiyyətinə Avropa və Amerikadan gətirilmiş, yüksək həssaslığa malik cihazlarla təchiz olunmuş laboratoriyada tam nəzarət olunur. Hal-hazırda Azərbaycanın yerli bazarı ilə yanaşı Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq Respublikası kimi xarici dövlətlərə də ixrac olunur. İxrac edilən ölkələr siyahısı gündən-günə genişlənməkdədir.

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox