Cənnət Bağı Şirkətlər Qrupu

Cənnət Bağı Şirkətlər Qrupu

Şirkətlər Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri də turizmin təşkili, ölkə daxilində və xaricində turistlərə və həmçinin sadəcə istirahət etmək istəyən vətəndaşlara sərbəst vaxtlarında bütün növ servis xidmətlərinin göstərilməsi, ekskursiyaların, səyahətlərin təşkili, kütləvi idman, tamaşa, şou, konsert və digər istirahət tədbirlərinin keçirilməsi, uşaqlar üçün əyləncə tədbirləri, eyni zamanda istirahət mərkəzlərində işgüzar görüş və konfrans tədbirlərinin həyata keçirilməsindən ibarətdir. “Cənnət Bağı” Şirkətlər Qrupu bu fəaliyyət məqsədlərini həyata keçirmək üçün dörd istirahət mərkəzi yaratmışdır. Bu istirahət mərkəzləri Azərbaycanın dilbər guşələrindən olan Mingəçevir şəhəri, Xızı və Quba rayonlarında yerləşir. “Ağsaray Deluxe&Spa” – Mingəçevir, “Cənnət Bağı” – Altıağac və “Cənnət Bağı” – Quba, adlanan bu istirahət mərkəzləri artıq illərlə insanların sevimli səfər, gəzinti, görüş və istirahət yerlərinə çevrilmişdir. Bütün parametrləri ilə ekoloji cəhətdən təmiz olan bu istirahət mərkəzlərinə bir dəfə gəlsəniz, bir də gəlmək istəyəcəksiniz. Çünki buralar sözün əsl mənasında həm özünüz, həm ailə üzvləriniz, həm dost və tanışlarınız üçün əsl cənnət məkanıdır. Gəlin və görün! Bu gözəlliyi yaşayın!

Şirkətə məxsus aktiv vakansiyalar

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox