Diqqət ! Bu şirkət hələ rəhbərlik tərəfindən təsdiqlənməyib.

Diamed Medical Group

Şirkət haqqında

Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Diamed hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur. Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Xalqın etibarını qazanmış Diamed əhaliyə geniş spektrda tibbi xidmət göstərir. Mərkəzin laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 1000-dən artıq müxtəlif növ analizlər aparılır. Beləki, Diamed Medical Group laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər diaqnostik xidmətlər də göstərilir.

Faydalar