Global Olympiad Center Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı təhsilin inkişafı strategiyası planını özündə rəhbər tutaraq 14 avqust 2022-ci ildə fəaliyyətə başlayıb. Global Olympiad Center-in məqsədi dünyanın aparıcı beynəlxalq fənn olimpiadaları və müsabiqələrini tamamilə şəffaf bir şəkildə təşkil etməklə məktəblilərin elmə marağını artırmaqdır. Mərkəzimiz beynəlxalq təcrübə əsasında müxtəlif fənn olimpiadaları, yarışmaları təşkil edir. Eyni zamanda təlim proqramları və resursları hazırlamaqdadır. GOC olaraq şagirdlərimizi olimpiadalarla imtahan etmək yox, onların bilik və bacarıqlarını ortaya çıxartmaq üçün səy göstəririk. Daim müxtəlif tipli olimpiadalarda, müsabiqələrdə sizlərin qarşınıza çıxır və şagirdlərə unudulmaz bir an yaşamaları üçün şərait yaradırıq. Təşkil etdiyimiz tədbirlərdə minlərlə şagird iştirak edib və 900-dən çox könüllü bu olimpiadaların, yarışmaların uğurla həyata keçirilməsinə dəstək verib. Biz inanırıq ki, gördüyümüz işlə dünya təhsil qapılarının açarları şagirdlərimizin öz əlində olacaqdır.