Şirkət haqqında

Güvənli” MMC kredit təşkilatı 01 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlamış və öz filial şəbəkəsini qısa zaman çərçivəsində 25 filiala çatdırmışdır. Bizim başlıca məqsədimiz əlinizdə pul və üzünüzdə təbəssüm yaratmaqdır. Etdiyiniz təşəkkür və təbəssüm bizim ən böyük qazancımızdır. Bunun üçün: - Müştərinin daha əlçatan olması üçün- Filiallarımız Bakı şəhəri və regionlar üzrə mərkəz və fərqli istiqamətlərdə nəqliyyat qovşaqlarının ən sıx toplaşdığı ərazilərdə açılması; - Ən sərfəli şərtlərlə kreditləşmə; - Sürətli və keyfiyyətli xidmət – vaxtınıza qənaət; - Müştəri məmnuniyyəti- Hər bir müştəri bizim üçün dəyərlidir. Bizə təqdim olunan girovun etibarlı və tam şəkildə saxlanılması və qorunması ən başlıca məqsədimiz və borcumuzdur. Missiya – Müştəri məmnunluğu və Güvənliliyini daha yüksək səviyyəyə gətirən və ən böyük aktivi insan kapitalı olan bir təşkilata çevrilmək. Strateji baxışımız – Müştərilərimizə operativ və keyfiyyətli xidmət göstərmək, hər bir insanın sevgi ilə davamlı çalışmaq istədiyi iş yeri olmaq üçün daha geniş miqyaslı xidmət şəbəkəsi yaratmaq. Dəyərlərimiz 1. Şəxsi keyfiyyət – Kadr seçimi zamanı ən çox bu dəyərə əhəmiyyət verilir və bunun nəticəsində də müştərilərə dürüst və layiqincə xidmət göstəririk. 2. Güvənlilik- Bu işin ən təməlində güvən və etibarın olduğuna inanır və bunu hər zaman rəhbər tuturuq. 3. Davamlılıq- Müştəri davamlılığı bizim üçün ən vacib məsələdir. Ona görə də mövcud, yeni və əvvəl xidmət etdiyimiz hər bir müştəri diqqətimizdədir. 4. Gəlirlilik- İstiqrazlarımız əl çatan və yüksək qazanclıdır. Əməkdaşlıq - Əməkdaşlıq etdiyimiz hər bir partnyorumuzla münasibətlərimiz sıx, səmimi və mehriban ortamda qurulur. Bu mühit hər iki tərəfə öz töfhəsini verir.

Faydalar

İş mühiti