Şirkət haqqında

Biz kimik?

"Javiddo Group" avtomobil sektorunun ən intensiv sahəsi olan ehtiyat hissələri və aksesuarlarının geniş spektrdə istehsalı, topdan satışı (B2B satış) və servisi üzrə ixtisaslaşmış, baş ofisi Çin Xalq Respublikasında yerləşməklə nümayəndəlik ofisi formatında dünyanın bir çox ölkələrində (Türkiyə, Azərbaycan, Rusiya, İngiltərə) aktiv fəaliyyətdə olan və öz sahəsi üzrə bazara ən innovativ və müasir həllər təqdim etməyi hədəf kimi qoymuş bir şirkətlər qrupu brendidir.

2004-cü ildən bu günə qədər müxtəlif dövrlərdə ciddi iqtisadi maneələr və böhranlar müddətində belə qlobal bazarda sahib olduğu mövqeyini düşünülmüş daxili və xarici siyasəti sayəsində çevik şəkildə qorumuş olan Javiddo Group 2022-cü ildə Çində çox ciddi rəqabət şəraitində öz alt brendini - “Hellper”in əsasını qoymağa nail olur. "Hellper" markası bazara daxil olan yeni bir ad olsa da, onun aid olduğu "Javiddo Group" şirkətinin uzun müddətli fəaliyyət sahəsində qazanmış olduğu zəngin təcrübə və partnyorlar arasındakı etibarı sayəsində ilk 6 ay ərzində Çində 15-dən çox iri istehsalçı ilə davamlı əməkdaşlıq müqavilələri imzalamağa nail olmuş və gələcəyə bağlı yol xəritəsi çizilmişdir. Bundan əlavə şirkətin istehsal üzrə partnyorlarının cari əhatəsi Türkiyə, Almaniya, Meksika, Malayziya, Rusiya və digər ölkələrə də yayılmaqdadır.

Hal-hazırda Javiddo Group Çin, Azərbaycan, Rusiya, Türkiyə və İngiltərədə yerləşən nümayəndəlik ofisləri ilə aktiv fəaliyyətdə olmaqla bərabər, yeni bazarlara daxil olmaq və yeni lokal ofislərin açılması üzərində davamlı araşdırmalar aparmaqdadır. Çox qısa müddətdə öz fəaliyyət sektorunda qazanmış olduğu müsbət reputasiya səbəbindən hazırda müxtəlif ölkələrdə fəaliyyətdə olan iri ehtiyat hissələri və aksesuarlarının idxalı və satışı üzrə ixtisaslaşan bir çox şirkətlər "Javiddo Group" ilə əməkdaşlığa ciddi maraq göstərirlər.

Şirkətin cari istehsal və ticari potensialı ona imkan verir ki, partnyorlardan gələn avto sektora aid istənilən sorğuya uyğun məhsul istehsalını qısa zamanda araşdırmadan sonra reallaşdırıb vaxtında və yüksək keyfiyyətlə təmin etsin. Şirkətin aktual istehsal potensialına bir çox nəqliyyat vasitələri üçün - minik avtomobilləri, yük maşınları, tikinti vasitələri, aqrotexnika, avtobuslar, motosikletlər və gəmilər üçün əksər ehtiyat hissələri aid etmək olar. İstehsaldan çıxan bütün məhsullar avtomobil istehsalçısının tələblərinə uyğun olaraq (OEM standartlarında) istehsal olunmaqla ciddi keyfiyyət yoxlamaları və testlərindən keçirildikdən sonra partnyorlara göndərilir.

Hal-hazırda ehtiyat hissələri üstün keyfiyyət və rəqabətcil sürətlə 11 ölkədə - Çin, Türkiyə, Almaniya, Meksika, Malayziya, Rusiya və digər ölkələrdə istehsal olunur. "Hellper" brendi adı altında istehsal olunan istənilən məhsula ən xırda detallara qədər araşdırılaraq, keyfiyyət və qiymət baza prinsiplərindən əlavə, partnyorların və son istehlakçıların məmnun olması üçün mümkün ola biləcək addımları davamlı olaraq araşdıraraq növbəli şəkildə tətbiq edilir. Bu, ciddi rəqabətli bazarda fərqlənməyimizə və müştəri məmnuniyyət indekslərimizi yüksək tutmağımıza şərait yaradır.

Missiyamız:

Sahib olduğumuz dəyərləri göz önündə tutaraq, çoxçeşidli müştəri ehtiyaclarını düzgün analiz edib ən son texnologiya və innovativ yeniliklərdən yararlanaraq
sürətli şəkildə müvafiq məhsul həlləri yaradaraq biznes müştərilərimizə çatdırmağı, davamlı olaraq bütün partnyorlarımızın və müştərilərimizin qarşılıqlı mütərəqqi maraqlar çərçivəsində məmnuniyyətinə nail olmağı, öz  məhsul və xidmətlərimizi daim müştəri istəklərinə uyğun modifikasiya etməyi və təkmilləşdirməyi, ətraf mühitin qorunması və qlobal dayanıqlılıq normalarını diqqətdə saxlayaraq inkişaf edib böyüməyi qarşımıza missiya olaraq qoymuşuq.

Vizyonumuz:

"Javiddo Group" olaraq sub fəaliyyət sahəsindən asılı olmayaraq hər bir insanın təxəyyülündə "Keyfiyyət, Təhlükəsizlik, İnnovasiya, Sürət, Profesionallıq, Etibarlılıq, Müştəri məmnuniyyəti" dəyərlərini assosiasiya edəcək bir qlobal korporasiya olmaq.

Faydalar