Libra kitab nəşriyyat evi

Libra kitab nəşriyyat evi

“Libra kitab” uşaq nəşriyyatı uşaqlar, yeniyetmələr, həmçinin valideyn və müəllimlər üçün müxtəlif kateqoriyalarda kitablar çap edən nəşriyyatdır. Nəşriyyatımız öz fəaliyyətinə 2018-ci ildə başlamışdır. Fəaliyyətə başladığımız gündən bəri məqsədimiz ölkəmizdə, xüsusilə, uşaq ədəbiyyatı sahəsində keyfiyyətli kitablar nəşr etmək və uşaqları mütailəyə, kitab oxumağa həvəsləndirməkdir. İndiyədək Azərbaycan və rus dillərində müxtəlif kateqoriyalarda kitablar nəşr etmişik. Bunlara aiddir: öyrədici, tədris kitabları, nağıllar, dünya uşaq ədəbiyyatı (müxtəsər və tam romanlar), öyrədici-tərbiyəvi hekayələr, ensiklopediyalar, psixoloji kitablar və s. Komandamız peşəkar redaktor, korrektor, tərcüməçi, müəllif, rəssam və dizaynerlərdən ibarətdir. Həmçinin kitablarımızın çapı zamanı müəllim və psixoloqlardan da rəy alınır. Oxucularımız əsasən bu yaş kateqoriyalarındadır: 0-3 yaş, 3-6 yaş, 6-12 yaş, 12 yaş və daha yuxarı.

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox