Med Product MMC

Med Product MMC

“Med Product” MMC 2017-ci ildə təsis edilmişdir. Əsas fəaliyyət istiqaməti tibbi ləvamizatlar, avadanlıqlar, cihazların idxalı, marketinqi və satışıdır. Fəaliyyət göstərdiyi illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Qeyd etməliyik ki, istehsalında son texnologiyalara əsaslanan və bütün keyfiyyət standartlarına cavab verən dünyaca məşhur Citizen, FIA Biomed kimi 30-dan çox dünya markalarının ölkəmizdəki rəsmi və ekskluziv distributorudur. Şirkət dünyanın inkişaf etmiş ölkələrindən olan Almaniya, Yaponiya, Malaziya, Çin, Türkiyə və s. kimi ölkələrin bir çox nüfuzlu şirkətiləri ilə əməkdaşlıq edərək ən yeni texnologiyaları müştərilərinə təqdim edir. Hər il müxtəlif xarici ölkələrdə təşkil edilən Beynəlxalq Səhiyyə Sərgisində də “Med Product” MMC dövri olaraq çox uğurla iştirak edir. Şirkətin məqsədi Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm özəl sahələrini və bütün vətəndaşları idxalçısı olduğu yüksək keyfiyyətli zəruri tibbi məhsullarla təmin etməkdir. Onu da qeyd etmək lazımdır ki, satışını həyata keçirdiyimiz məhsullar beynəlxalq ISO, CE və bir sıra digər yerli sertifikatlara layiq görülmüşdür.

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox