MM"Xəzər" Kredit İttifaqı

Şirkət haqqında

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. Kredit ittifaqı qüvvədə olan qanunvericiliyə “Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununa və Nizamnaməsi”nə əsasən fəaliyyət göstərir. Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqi Milli Bankin mərkəzi reysterində 05 iyun 2002-ci il tarixli xüsusi raziliq (lisenziya) əsasında fəaliyyətə başlamış və sürətlə inkişaf etmiş kredit ittifaqılarından biridir. Kredit ittifaqımız müstəqil balansa, bank hesablarina, möhürə və firma adı göstərilmiş xüsusi blanka malikdir.

Faydalar