"INSUN" Yaşam Mərkəzi

Şirkət haqqında

İnsun Yaşam Mərkəzi 23 sentyabr tarixində rəsmi qeydiyyata alınıb. Kompleks yanaşması ilə ölkənin ilk mərkəzi olaraq yaxın iki il ərzində  aparıcı mərkəzə çevrilməyi planlayırıq.  

Hər bir insanın daxilində bir ``INSUN`` (daxildə günəş, enerji və ya işıq) olduğuna inanırıq. Biz həmin o enerji mənbəyinin üzə çıxması üçün çalışır, sağlam, xoşbəxt və balanslı həyatın açarını bölüşmək üçün xidmət göstəririk.

Məqsədimiz  faydalı insan yetişdirmək istiqamətində bələdçilik etmək, insanların potensiallarının aşkarlamasına dəstək olmaq, bacarıqlarını inkişaf etdirmək, fərdlərin həyat keyfiyyətini yaxşılaşdırmaq naminə sağlam vərdişlər aşılamaqla cəmiyyətin inkişafına müsbət təsir göstərməkdir.

Bu məqsədlə  peşəkar yerli və xarici mütəxəssislərimizlə birlikdə insanımızın sağlamlığı və inkişafını diqqət mərkəzində saxlayır, onların ehtiyaclarına  uyğun həllər təklif edərək fərdi və korporativ məqsədlərə çatmağa kömək edirik. Mərkəzdə psixologiya, kouçinq, yoqa, dietoloq, ``theta healing``, ``access bars`` xidmətləri,  eyni zamanda peşəkar təlimlər, seminarlar, kurslar və düşərgələr təşkil edilir.

Biz inanırıq ki, verdiyimiz xidmətlər cəmiyyət üçün psixoloji sağlam, parlaq və müsbət enerjili insanların, işgüzar həyatda isə peşəkarların  sayının artmasına müsbət təsir edir. 

Faydalar