"SALOĞLU" Fərdi Firması

Şirkət haqqında

 “SALOĞLU” mebel fabriki respublikamızın qərb bölgəsində iri istehsal müəssisələrindən biri olmaqla 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 15.06.2004-cü ildə regiona səfəri zamanı “SALOĞLU” mebel fabrikində olmuş və “Yumşaq” mebel fabrikinin açılışını edərək müəssisənin istehsal fəaliyyəti ilə tanış olmuşdur.

 Müəssisə 2012-ci ildən Gürcüstan Respublikasının Batumi şəhərində fəaliyyəti dövründə istehsal olunan mebel məhsullarının daxili bazarla yanaşı, Almaniya və digər Avropa ölkələrinə ixracını həyata keçirmişdir.

 Cənab Prezident 19 oktyabr 2016-cı ildə növbəti dəfə regiona səfəri zamanı “SALOĞLU” mebel fabrikinə təşrif buyuraraq “Modern” mebel fabrikinin açılışında iştirak etmiş və “Venzana” mebel fabrikinin təməlini qoymuşdur. Səfər zamanı Cənab Prezident İlham Əliyevin regionda daha çox iş yelərinin açılması və yerli məhsuların Azərbaycan brendi olaraq xarici bazarlarda təmsil olunması yolunda verdiyi tövsiyyələri nəzərə alaraq 2016-cı ildə Gürcüstan Respublikasının Batumi şəhərində fəaliyyətdə olan “Saloğlu Georgiya” mebel fabrikinin fəaliyyəti tam dayandıraraq, bütün avadanlıqlar və xammal Azərbaycana gətirilmişdir.

Daha sonra Cənab Prezident İlham Əliyev 07.08.2023-cü il tarixdə Qazax rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan və təməli  2016-cı ildə qoyulan “Venzana” mebel fabrikinin açılışında iştirak etmişdir.

“Saloğlu” Mebel Fabriki davamlı olaraq dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübələrinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və bu yenilikləri öz fəaliyyətində tətbiq edir. Bunu Amerikanın Theodore Alexander, İtaliyanin Vissionaire və Türkiyənin Çilek Mobilya şirkətlərinin timsalında göstərmək olar.

Faydalar