"Siyəzən Broyler" ASC

"Siyəzən Broyler" ASC iş elanları

Şirkət haqqında

Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Hal-hazırda fabrikdə 1000 nəfərə yaxın işçi çalışır. İstehsal prosesində ən müasir avadanlıqlardan istifadə olunur. Müəssisəmiz fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulmuşdur. Müəssisədə qapalı şəraitdə təbii üsul ilə yetişdirilən quşlar bioloji təmiz və saf Şollar suyu ilə və ən yüksək keyfiyyətli yemlə bəslənilir. Müasir istehsal texnologiyalarına, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun ət istehsal olunur. Qeyd etmək lazımdır ki, müəssisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və reyestrdən çıxarış təqdim olunmuşdur. Həmçinin müəssisənin bütün istehsalat zənciri beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırılaraq HACCP, ISO 22000-2005, MS 1500-2009 sertifikatlarına layiq görülmüşdür. Təsərrüfatda Hollandiyanın “HatchTech” firmasına məxsus 2.200.000 damazlıq yumurta qəbul gücünə malik inkubatoriya fəaliyyət göstərir. Həmçinin quşların böyüdülüb saxlanılması üçün Macarıstanın “Baboylo” firmasının inşa etdiyi 168 bina var. “Siyəzən Broyler” üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət etmişdir. Bu təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılmış heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılmışdır.

Faydalar