Regional BOKT 2014-cü ildən Azərbaycanda uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də fiziki şəxslərin kredit məhsullarına olan ehtiyacını ödəyən rəqabət qabiliyyətli kredit təşkilatıdır. Müştərilərlə qarşılıqlı hörmət, əlçatanlıq və operativlik prinsipləri əsasında xidmət göstərərək, şirkət bir çox nüfuzlu təşkilatlarla, maliyyə institutları ilə, banklar və dövlət strukturları ilə sıx əməkdaşlıq edir.