SAT Group

SAT Group

22 nəfər peşəkar təlimçi komandası, 18 növ təlim proqramı ilə SAT Group yarandığı 2014-cü ildən bu yana ölkəmizdə ən çox satış, marketinq və idarəetmə təlimləri həyata keçirən qurumdur. Bu dövrdə 9700 şəxs SAT Group təlimlərinin iştirakçısı olmuşdur. 600-dən çox iri, orta və kiçik şirkət həm korporativ təlimlər, həm də SAT Group mərkəzində baş tutan təlimlər sayəsində öz əməkdaşlarının peşəkar inkişafını təmin etmişlər. 2016-cı ildən başlayaraq SAT Group biznes konsaltinq xidmətləri də göstərir. Həyata keçirilmiş 47 uğurlu layihə sayəsində SAT Group konsaltinq komandası istehsal, pərakəndəçilik, xidmət, topdançılıq, inşaat, tibb və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə öz satış və marketinq sistemlərini qurmağa, şirkət strategiyasının hazırlanmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə kömək etmişdir. SAT Group Avropa Yenidən Qurma və İnkişaf Bankının biznes konsultasiya tərəfdaşıdır.

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox