Wise Pharma

Wise Pharma

2013-cü ildə fəaliyyətə başlayan, Mərkəzi ofisi Birləşmiş Krallıqda, Şotlandiyanın Qlazqo şəhərində yerləşən «Wise Pharma» şirkəti 2017-ci ildən Azərbaycan əczaçılıq bazarına daxil olmuşdur.
Bu gün «Wise Pharma» şirkəti Azərbaycanla yanaşı bir neçə Avropa və MDB ölkələrində tibbi məhsulların satışını təşkil edir.
Kimya sənayesi üzrə dünyanın tanınmış istehsalçı zavodların-dan olan Arapharma (İspaniya), Lek-Am Sp. z o.o (Polşa), Primea Limited (İngiltərə), Herb-Pharma (İsveç), Special Product’s Line S.p.A (İtaliya), Gricar (İtaliya), Bioindustria L.I.M. S.p.A. (İtaliya), Doppel Farmaceutici (İtaliya), Recordati S.p.A (Türkiyə), SC Laboratoarele Remedia Srl (Rumıniya) kimi şirkətlərlə səmərəli işgüzar əlaqələrin qurulması və Avropa təcrubəsinə malik mütəxəssislərdən təşkil olunmuş kollektiv «Wise Pharma»-nın ölkəmizin əczaçılıq bazarında qısa müddət ərzində aparıcı şirkətlərdən birinə çevriləcəyinin göstəricisidir. «Wise Pharma» şirkətinin fəaliyyətində ən əsas prioritet məqsəd xalqımız üçün müasir dünya tələblərinə cavab verən və yüksək keyfiyyətli tibbi məhsulların rahat əldə olunmasının təşkilidir. Bu məqsədə çatmaq üçün əməşdaşlarımız Avropa əczaçılıq bazarında illərlə sınanılmış təcrübələri ölkəmizdə tətbiq etməyə çalışmaqdadırlar.

Şirkətə məxsus köhnə vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox