1C operator

  • Şəhər

    Bakı, Ünvan: Nərimanov r-nu, Həsənoğlu Küçəsi 4 (Heydər Əliyev Mərkəzinin yanı)

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    500 - 900 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    01 aprel 2025

  • Bitmə tarixi

    01 may 2025

Vəzifə öhdəlikləri:

  • Əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
  • Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün daxil olunmasının yoxlanılması;
  • Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
  • İdxal olunan malların maya dəyərini hesablamaq və sistemə daxil etmək; 
  • Kassa və Bank əməliyyatlarının işlənməsi;
  • Əsas vəasitlətin uçotunun aparılması;
  • Proqramda tabellərin hazırlanması və əmək haqqı uçotunun aparılması;
  • Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması.
  • Aylıq inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi
  • Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları analiz etmək və proqramçılara bu barədə məlumat vermək
  • 1С informasiya sisteminin istifadəçilərinə dəstək olmaq
  • İstifadəçilərin 1C proqramında yaranan problemlərini həll etmək və onları təlimləndirmək
  • 1C bazasının işini təhlil etmək və optimallaşdırmaq
  • 1C bazasını idarə etmək (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabat vermək və s.).

Namizəddə tələblər:

  • Müvafiq sahədə təcrübə minimum 1-3 il
  • 1C (8.3 Anbar və Ticarət) proqramı biliyi mütləqdir.
  • Təhsil: Ali təhsil və ya natamam ali (Muhasibatlıq, Maliyyə və ya digər əlaqəli sahələr üzrə)
  • Dil bilikləri: Azərbaycan, Rus dili biliyi isə üstünlükdür
  • Yaş həddi: 23-35
  • Komputer bilikləri: Microsoft Excel, Word, Outlook
  • Əzmkarlıq, stresə davamlı və komandada işləmə bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
  • Əlavə mühasibatlıq və maliyyə sertifikatları olması üstünlükdür (məsələn, ACCA, PMS və s.).

 

İş şərtləri:

5 günlük iş həftəsi

İş saatı 09:00 –dan 18:00-dək

İstirahət: Şənbə və bazar günləri

Ünvan: Nərimanov r-nu, Həsənoğlu Küçəsi 4 (Heydər Əliyev Mərkəzinin yanı)

Əmək haqqı: 500-900 AZN (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)

Korporativ nömrə ilə təmin olunma

Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi qeyd edilmiş hr.specialist@alc.az elektron poçt ünvanına məktubun mövzusunu “1C Operator” qeyd etməklə göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox