1Soft MMC olaraq "1C Proqramçı" vəzifəsinə vakansiya elan edirik.
Tələblər
- 1C proqramlaşdırma, texniki dəstək, proqram inzibatçılığı sahəsində min 1 il iş təcrübəsi;
- 1C proqramlaşdırma dilini mükəmməl şəkildə bilmək;
- Sərbəst araşdırma qabiliyyəti, alqoritmik düşünmə, əla kommunikasiya bacarıqları və komanda ilə işləmə qabiliyyəti;
- Yüksək analitik təhlil bacarığı;
- Kompüter bilikləri (MS Office), Excell və 1C 8.3 platforması üzrə biliyi mütləqdir;
Öhdəliklər:
- 1C "Управление торговлей"(Ticarətin idarə edilməsi), 1С:Бухгалтерия предприятия(Müəssisə mühasibatlığı), 1C "Зарплата и Управление Персоналом"(Əmək haqqı və heyaətin idarə edilməsi), 1C "Управление производственным предприятием"(İstehsal müəssisənin idarə edilməsi) bazaları ilə bağlı təcrübə
- 1C konfiqurasiyasında yeni modulların yaradılması və həmin modullar üzərində düzəlişlərin edilməsi
- 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq
- 1C platforma və məlumat bazasının adminstrativ idarə edilməsi
- 1C üzrə proqramlaşdırma layihələrinin icrası
- Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi;
- Hazırlanan proqram təminatlarının istifadəsinin rahatlığına əmin olmaq
- Yaradılan və mövcud sistemlərdə yaranan problemlərin həlli
- Hazırlanan proqram təminatlarının sənədləşməsinin aparılması
- 1C üzrə məlumat bazasının idarə edilməsi
- Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
- 1C üzrə konfiqurasiyasının idarəedilməsi
- Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq;
- 1C üzrə texniki dəstək - 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq.
İş şərtləri:
- Əmək haqqı - Müsahibə əsasında müəyyən olunacaq
- İş rejimi: 5 günlük iş həftəsi
- İş saatı: 09.00-17.00
- İş yeri: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 198
Göstərilən tələblərə cavab verən şəxslərdən CV-lərini “1C Proqramçı” adını qeyd etməklə office@1soft.az elektron ünvanına göndərmələri xahiş olunur.