Nadias Patisserie şirniyyat mağazasında Administrator üzrə vakansiya
İş barədə məlumat:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək
- Mağazaya təyin edilən hədəfə çatmaq
- İşçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək
- Mağazanın xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq
- Satış analizlərini aparmaq, satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-əla
- Müəyyən sahədə iş təcrübəsi
- Yaş 25-40
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, Diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq)
- Analitik düşüncə qabiliyyəti
- Satış texnikalarını bilməli