İş barədə məlumat :
- İş qrafiki : 5 günlük, şənbə və bazar istirahət
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 900-1000 AZN
- Ünvan : Xəzər rayonu, Binə qəsəbəsi.
- Nahar və servis müəssisə tərəfindən təmin edilir.
Namizədə qarşı tələblər :
- Təhsil : Ali təhsilli
- Yaş : 25-35 yaş arası bəy namizədlər
- İş təcrübəsi : Anbar sahəsində təcrübə 3 il
- 1 C proqramı üzrə işləmək bacarığı
Vəzifə və öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq,
- Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması,
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək,
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək,
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq hesabatı mühasibatlığa təqdim etmək,
- Anbarda olan materialların,inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiqliyini daim nəzarətdə saxlamaq,
- Mal materialların qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal-məhsulların üçün hazır vəziyyətinə gətirilməsi prosesini icra etmək.