Beynəlxalq yüklərin daşınması ilə məşğul olan Global Transport Services şirkətinə Anbardar tələb olunur:
İş barədə məlumat:
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq;
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
- Anbardan mal çıxışına nəzarət etmək;
- Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin elektron qayda da proqram üzərindən təmin edilməsi;
- Malların yüklənilməsi/boşaldılması;
- Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək. Aylıq anbar sayımı etmək və siyahı ilə təqdim etmək.
Namizədə tələblər (KİŞİ):
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Hərbi xidməti bitirməli;
- Müvafiq sahədə azı 1 il təcrübəsinin olmalı;
- Yaşı 22-28 arasında olması (digər yaş intervalı üzrə daxil olan müraciətlərə baxılmayacaq)
- Yüngül komputer biliklərinin olması vacibdir.
- 1C proqramında təcrübəsi olanlara üstünlük veriləcəkdir.
- Əmək haqqı 600 - 800 manat arasında namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müəyyənləşdiriləcəkdir.
Şirkət barədə məlumat:
- Müəssisəmiz 15 ildən artıqdır ki, Beynəlxalq yüklərin daşınması fəaliyyəti ilə məşğuldur.
- Müəssisənin ünvanı : Sabunçu rayonu, Babək küçəsi 15,
- İş qrafiki Həftənin altı günü saat 08.00-dan 17.00 kimidir.