Bakı
Anbardar
Razılaşma ilə
Təcrübəçi
Ali
09 sentyabr 2021
09 oktyabr 2021
Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Anbardar (Təcrübəçi)
Vəzifə öhdəlikləri:
– Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
– Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
– Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
– Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
– Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
– Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
– Ali təhsil;
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
– Komandada işləmək bacarığı.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.