Anbardar və logistika üzrə mütəxəssis

Anbardar və logistika üzrə mütəxəssis

Gravity Inc. MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Anbardar

  • Maaş

    600 - 700 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    13 fevral 2023

  • Bitmə tarixi

    15 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Anbardar vakansiyaları üçün bura keçid edin!
  • Sorğular əsasında lazım olan avadanlıqların, ləvazimatların və digər materialların alınması/icarəsi üçün kotirovka sorğularının keçirilməsi, uyğun şirkətlərlə işin təşkili;
  • Anbara gələn sorğular əsasında lazımi avadanlıqların və ləvazimatların hazırlanması, daxili standartlara uyğun paketlənməsi və həftəlik olaraq ərazilərə göndərilməsi üçün təhvil vermə məntəqələrinə ötürülməsi, ötürülmə zamanı monitorinqin təşkili;
  • Ərazilərdən həftəlik göndərilən avadanlıq və ləvazimatların təhvil alma məntəqələrindən götürülməsi, yoxlanması və anbara yerləşdirilməsi;
  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və müvafiq proqramlara daxil etmək;
  • Anbar qalıqlarının gündəlik qeydiyyatının aparılması;
  • Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırmaq;
  • Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
  • Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək;
  • Günlük və həftəlik hesabatları təqdim etmək.
Namizədə tələblər:
  • Müvafiq sahə üzrə minimum 2 il təcrübəyə malik kişilər;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyət, dürüstlük və dəqiqlik;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Anbardar və logistika üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Elan #848474

  • 3403

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox