Vəzifələr:
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirir;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirir;
- o Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini həyata keçirir;
- Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlayır;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin edir.
İş şərtləri :
- Həftədə 5 iş günü;
- İş vaxtı: 09:00-dan 18:00-dək ya 08:00-17:00-dək
- İş yeri: Hökməli qəsəbəsi
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Namizədə tələblər:Sahə üzrə bilik və bacarıqlar :
- Daxili audit qaydalarını bilməli;
- Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olan);
- BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
- İqtisadi sahədə qanunvericiliyi bilməli;
- Mənimsəmə və saxtakarlığın idarəedilməsi;
Tələblər :
- Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
- 3 ildən çox iş təcrübə (Muhasibarlıq/Maliyyə/Audit);
- Beynəlxalaq Mühasibat Uçotunun ilkin bilikləri;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Vergi Məcəllələrini bilmək;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- ACCA sertifikatlar üstünlükdür.
Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Daxili Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.