Aparıcı mühasib

Aparıcı mühasib

Alliance Tax And Finance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    900 - 1200 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    01 dekabr 2023

  • Bitmə tarixi

    31 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

“ALLİANCE TAX AND FİNANCE” MMC  Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir:

Namizəd üçün tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu )
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə hesabatlarının Beynəlxalq Standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli, 1C proqramında işləmək bacarığı;
  • Dil bilikləri: Rus dili- arzuolunandır;
  • Yaş həddi: 24-40 aralığı;

İş barədə məlumat

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi;
  • Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanılması və (aylıq, rüblük və illik) təqdim edilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi;
  • Şəxsi hesab vərəqənin yoxlanılması;
  • Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanılması, hesablanılması və müvafiq ödənişlərin həyata keçirilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi;
  • İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi;

İş rejimi

5 günlük iş qrafiki (09:00-18:00)

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş yeri: Bakı şəhəri, N.Nərimanov, Həsənoğlu 4

Əmək haqqı: 900-1200AZN

Tələblərə uyğun gələn namizədlər Cv-lərini aparıcı mühasib qeyd etməklə  hr@alc-finance.com mail ünvanına göndərə bilərlər. (yalnız tələblərə uyğun gələn namizədllər müraciət etsinlər.(xanım namizədlərdən yalnız evli olanların müraciəti məqsədəuyğundur

Elan #851925

  • 9367

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox