Diqqət! Bu elanın vaxtı bitib. Aqro və mikrokreditlər üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 6296
Aqro və mikrokreditlər üzrə mütəxəssis vakansiyaları
Aqro və mikrokreditlər üzrə mütəxəssis vakansiyaları
05 Avqust 2021
Elan tarixi
04 Sentyabr 2021
Bitmə tarixi
1942
Baxılıb
İş məlumatları
Gəncə
Şəhər
Kredit mütəxəssisi
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Maliyyə
Sahə
Kredit mütəxəssisi
Kateqoriya
İş barədə məlumat
“Bank Respublika” ASC Gəncə-Qazax rayonu (Gəncə, Goranboy, Göygöl, Samux, Daşkəsən və Gədəbəy) üzrə Aqro və mikrokreditlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
• Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
• Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
NamİZƏDƏ TƏLƏBLƏR
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 avqust 2021-ci il tarixinədək CV@bankrespublika.az elektron ünvanına göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə mütəxəssis (Gəncə-Qazax rayonu) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Məlumat Mərkəzi şöbəsi / mütəxəssis
Express Bank
Satış məsləhətçisi
GL ASC
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə mütəxəssis (Şirvan filialı)
Unibank ASC
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə mütəxəssis (Kürdəmir filialı)
Unibank ASC
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə mütəxəssis (Beyləqan filialı)
Unibank ASC
Mağaza müdiri Olivia (Kosmetika və baxım)- Qusar filialı
Kontakt Home
KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Bank Respublika ASC
Şəmkir filialı üzrə Mikro kredit mütəxəssisi
Rabitabank OJSC
“Cəlilabad” filialının Kredit Monitorinqi üzrə regional təmsilçisi
Xalq Bank
"Şamaxı" filialının Kredit şöbəsinin mütəxəssisi
Xalq Bank
Beyləqan filialı, Kredit üzrə arxa ofis mütəxəssisi
Bank Respublika ASC
Kredit mütəxəssisi
Karaca
Birbaşa satışlar şöbəsinin mütəxəssisi
ABB
Loyallıq partnyorları ilə iş şöbəsinin mütəxəssisi
Kapital Bank
Problemli kreditlər üzrə müfəttiş
Kontakt Home
"Şabran" filialının Kredit şöbəsinin mütəxəssisi
Xalq Bank
Elan № 6296
Aqro və mikrokreditlər üzrə mütəxəssis vakansiyaları
Aqro və mikrokreditlər üzrə mütəxəssis vakansiyaları
05 Avqust 2021
Elan tarixi
04 Sentyabr 2021
Bitmə tarixi
1942
Baxılıb