Art Direktor

Art Direktor

Times Consulting
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Qrafik dizayn

  • Maaş

    2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    03 sentyabr 2021

  • Bitmə tarixi

    03 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Art direktor vakansiyaları üçün bura keçid edin!

Tayms Konsaltinq LTD” MMC reklam şirkətinə Art Direktor tələb olunur.

Tayms Konsaltinq LTD” MMC 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcılarının satışıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərinin göstərilməsi ilə də məşğuldur.

Əsas öhdəliklər:

• Şirkətin və şirkət müştərilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materialların dizayn işlərini təşkil edir;
• Komandayla birgə müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir və hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarını təşkil edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
• Təqdimetmə bacarığı;

Üstünlüklərimiz:

• 2000 manat əmək haqqı (təcrübəyə əsasən əmək haqqı dəyişə bilər);
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Namizədə tələblər:

- Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;

- Adobe Photoshop, Adobe Illustrator və InDesign redaktorlarından peşəkar istifadə;

- 3D qrafik redaktorlardan orta/yüksək səviyyədə istifadə;

- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti,

- İngilis dilini bilməsi üstünlük kimi qiymətləndirilir;

- Bədii zövq, dizayn və reklam sahələrində müasir trendlərdən xəbərdar olmaq;

- Geniş dünya görüşü və daim inkişafa həvəs;

- Komandanı düzgün yönləndirmə və sistematik işləməsini təmin etmək;

- Liderlik;

- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;

- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını (Art Direktor: Adınız) qeyd edib CV və portfolionuzu hr@timesconsulting.az e-mail ünvanına göndərəsiniz.

Elan #843193

  • 3825

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox