Arxiv Əməliyyatları üzrə Agent

Arxiv Əməliyyatları üzrə Agent

Azerconnect LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    03 may 2021

  • Bitmə tarixi

    02 iyun 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Arxiv işi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Arxiv Əməliyyatları üzrə Agent

Şirkət : Azerconnect
Funksiya : Ümumi İnzibati Şöbə
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi :15.05.2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Arxiv Əməliyyatları üzrə Agent şirkət sənədlərinin arxivləşdirilməsi prosesinin əməliyyatı və icrası üzrə məsuldur.
Bu rolda Sizdən güclü ünsiyyət, danışıqları aparmaq, vaxtın idarəolunması və problemləri həll edə bilmə bacarığı və həmçinin özünəinamlı və motivasıyalı olmaq tələb olunmaqdadır;

Arxiv Əməliyyatları üzrə Agent olaraq sizin vəzifə öhdəlikləriniz

* Daxil olan sənədləri və müqavilələri yoxlamaq, qəbul etmək və sistemə daxil etmək;
* Aşkar olunmuş səhvlərin aradan qaldırılması üçün göndərən şəxsləri məlumatlandırmaq.
* Nizamlı saxlanılması üçün qəbul edilən sənədləri düzgün olaraq yerləşdirmək;
* Növünə və kateqoriyasına uyğun çeşidləyərək sənədləri arxivləşdirmək.
* Mövcud sənədləri elektron versiyada arxivləşdirmək
* Funksiyalardan daxil olan müraciətlərə əsasən arxivdən tələb olunan sənədləri təqdim etmək.

Namizədə tələblər:

Vəzifənin tələbləri

* Sənədləşmə, arxiv və müvafiq sahə üzrə iş təcrübəsi;
* Ofis avadanlıqları ilə işləmə bacarığı (Printer, skanner və digərləri)
* Komputer və ofis programlarını orta səviyyədə bilmək
* Detallara diqqət etmək və işində səliqəli olmak
* Rutin işlərdə çalışa bilmək

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Arxiv Əməliyyatları üzrə Agent” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox