Odontos şirkəti “AUDİT” vakansiyası elan edir.
İş haqqında məlumat
- İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası.
- Mağazalarda və anbarda , sayımın və inventarlaşmanın aparılmasını təmin etmək.
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.
- Təftiş prosesinin təşkili və həyata keçirilməsi.
- Uyğun və dəqiq audit prosesinə nəzarət etmək və istiqamətləndirmək;
- Məlumat toplamaq üçün hesabatlar, bəyanatlar və qeydlər daxil olmaqla sənədləri yoxlamaq;
- Audit layihələri üzrə yekün hesabatların hazırlanması
- Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
- Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
Namizədə tələblər
- Ali təhsil
- Sahə üzrə min. 2 il iş təcrübəsi;
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
- IA və ya ACCA olması üstünlükdü;
- Əmək haqqı yüksəkdir.
- Dil bilikləri: Azərbaycan (İngilis və Rus dili biliyi arzuolunandır)
- Maliyyə bilikləri;
- Yazılı hesabat tərtib etmək təcrübəsi;
- Təhlil və analiz etmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
- İş təcrübəsi – 2 il
- 5 günlük iş rejimi ( 9.00 – 18.00 )
- Yaş: 25-40
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (cv) “mövzu” yerinə “audit” sözünü qeyd etməklə hr@odontos.az elektron poçtuna göndərsinlər.