Audit – böyük mütəxəssis

Audit – böyük mütəxəssis

Azerbaijan Energy Regulatory Agency
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    12 dekabr 2022

  • Bitmə tarixi

    11 yanvar 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Auditor vakansiyaları üçün bura keçid edin!
  • İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərlik; 
  • Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
  • Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
  • Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi; 
  • Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
  • Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
  • Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
  • Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
  • İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.
Namizədə tələblər:
  • Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
  • Daxili Audit Standartları haqqında son biliklər və onları təcrübədə tətbiq etmək bacarığı; 
  • Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə; 
  • Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
  • CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti.

Di̇gər:

  • Yüksək əmək haqqı və rüblük mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, “Çinar Plaza” Biznes Mərkəzi.

Elan #847694

  • 609

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox