Auditor – Maliyyəçi

Auditor – Maliyyəçi

İntex Audit
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    10 oktyabr 2022

  • Bitmə tarixi

    09 noyabr 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Auditor vakansiyaları üçün bura keçid edin!
  • Maliyyə hesabatlarının Auditini aparmaq, maliyyə hesabatları və auditin nəticəsinə dair məlumat hazırlamaq;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını təhlil etmək və nəticələr barədə hesabat hazırlamaq;
  • Gəlir və xərclərin auditi (alış və satış qaimələri, əmək haqqı hesablama cədvəlləri, bank və kassa çıxarışları əsasında dövriyyə cədvəlinin yığılması, balansın hazırlanması);
  • Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmasını təhlil etmək və nəzarət etmək;
  • Mal varlıqlarının inventarizasiyasını aparmaq və nəticələrə uyğun hesabat hazırlamaq;
  • Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
  • Daxili nəzarət (audit);
  • Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00);
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)
Namizədə tələblər:
  • Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
  • Minimum 5 il auditor və maliyyəçi təcrübəsi olmalı;
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
  • ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Elan #846858

  • 1010

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox