Back end (Java) üzrə Menecer

Back end (Java) üzrə Menecer

Bank Respublika ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    01 sentyabr 2021

  • Bitmə tarixi

    01 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Back-end proqramçı vakansiyaları üçün bura keçid edin!

Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində Back end (Java) üzrə Menecer vəzifəsinə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər:

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

• Komanda idarəetməsi üzrə təcrübə;

• JAVA proqramlaşdırma dili üzrə biliklər;

• JAVA EE işləmə prinsipi üzrə biliklər;

• Spring Core, Spring Boot, Spring Data, Spring JPA, Spring Security üzrə biliklər;

• RESTful API, SOAP API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;

• GIT ilə işləmə bacarığı;

• Docker, Elasticsearch, Nomad, CI/CD, Swagger, API Gateway, Unit testing üzrə biliklər arzuolunandır;

• BPMN bilikləri və ya oxşar texnologiya üzrə təcrübə;

• SQL, PL/SQL üzrə biliklər arzuolunandır;

• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Back end (Java) üzrə Menecer qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox