Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis

Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis

PASHA Bank

Elan № 20876

Müraciət linki

Müraciət linki

05 Noyabr

Elan tarixi

10 Dekabr

Bitmə tarixi

324

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Proqramlaşdırma

Kateqoriya

İş barədə məlumat

 

Təsvir

İşiniz nədən ibarətdir?

 

  • Komandada digər back end proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün mentorluq etmək
  • Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
  • Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi
  • Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək, digər bulud texnologiyalarını idarə etmək
  • Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq
  • Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq, komandada digər proqramçıların kodlarını nəzərdən keçirmək
  • Biznesin tələblərini ətraflı şəkildə analiz etmək, üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq.
  • Məneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllərin hazırlanması. Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həllər hazırlamaq və ümumi arxitekturaya optimallaşdırma təklifləri vermək
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək. Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq 

 

Tələblər

Sizdən nə tələb olunur?



  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il təcrübə
  • Xarici dillər: İngilis(yaxşı)
  • Komputer bilikləri:Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm üzrə mükəmməl biliyin olması. İnfrastruktur dizayn və prinsipləri haqqında dərin anlayışın və təcrübənin olması. Maksimal əhatəli unit və inteqrasiya testlərini tərtib etmək. Məlumat bazaları (SQL, NoSQL) və onların effektiv həlləri üzrə mükəmməl biliklər. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. LDAP, SSO, şəbəkə protkolları (Restful, SOAP, gRPC və s.) və build alətləri üzrə mükəmməl biliklər. CI/CD təcrübəsi, konteylerlərlə işləmək bacarığı, Multi-Threading üzrə təcrübə, monitorinq alətlərinin istifadə təcrübəsi
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git)
  • Başqa tələblər: Əla ünsiyyət, idarəçilik, mentorluq və hesabat biliyi. Üstünlük verilir: Bankçılıq təcrübəsi, qəliz strukturlu proqram təminatlarını qurmaq bacarığı, təhlükəsizlik standartlarına yaxşı bələd olmaq, kod dizayn üsulları (design patterns), kodun yenidən işlənməsi, yüksək miqyaslı proqramlar, cüt proqramlaşdırma, effektli testlərin hazırlanması, mikroservis, hadisələrə əsaslanan arxitekturalar ilə geniş təcrübə, texniki həllərin strukturlu şəkildə sənədləşdirmə bacarığı

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 20876

Müraciət linki

Müraciət linki

05 Noyabr

Elan tarixi

10 Dekabr

Bitmə tarixi

324

Baxılıb

Premium et
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin aktivlik müddətinin sonunadək orada qalacaq.

XİDMƏTİN MÜDDƏTİNİ SEÇİN

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Elanın irəli çəkilməsi

Ödəniş etməklə sayt istifadəçi razılaşmasınısayt qaydalarını qəbul etmiş olursunuz.

Укажите причину жалобы на вакансию "Курьер"