Bakı
Proqramlaşdırma
1400 - 1800 AZN
Tam-ştat
Ali
19 avqust 2021
18 sentyabr 2021
United Skills dizayn və mühəndisliyin gücü ilə rəqəmsal transformasiyanı inqilabi gələcəyə çevirən digital məhsullar yaradır.
Komandamıza təcrübəli Backend Developer axtarışındayıq.
Məsuliyyətlər:
• Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
• Layihələrin planlanması, development'i, deploy edilməsi və baxımı
• Səliqəli və düzgün strukturda kodların yazılması, verilənlər bazasının düzgün arxitektura ilə hazırlanması
• Güclü optimizasiya və funksionallıqdan əmin olmaq üçün hazırlanan məhsulun sınaqdan keçirilməsi
• Verilən deadline'lar əsasında layihələrin vaxtında yerinə yetirilməsi
• Dizayner və development komandası ilə sıx işləmək
• Dayanmadan öyrənmək
Nə təklif edirik?
• Ölkənin ən yaxşı komandalarından birində işləyərək inkişaf etmək
• Yerli və qlobal inqilabi məhsulların hazırlanmasında iştirak etmək
• Rəqabətcil əmək haqqı, overtime'lar üçün saatlıq ödəniş
• Performansa görə əmək haqqında illik 50%'ə yaxın artım
• Müxtəlif təlim və treyninqlər üçün maliyyələşdirmə
• 0 bürokratiya - startup mühitində işləmək
Şərtlər:
• Əmək müqaviləsi (1 illik)
• 8 saat / 5 gün
• 30 günlük ödənişli məzuniyyət (ildə)
• Əmək haqqı namizədin bacarıqlarına əsasən müəyyən ediləcək (1400-1800 AZN arası)
Namizədə tələblər:Tələb olunan bacarıqlar:
• PHP Developer (Laravel & MySQL) olaraq sektorda 1-3 illik təcrübə
• OOP prinsiplərini başa düşmək
• RESTful API yaradılması və inteqrasiyası
• Peşəkar debugging bacarıqları
• Yüksək trafikli platformalarla işləmə təcrübəsi
• Yüksək səviyyədə vaxt idarəetmə bacarığı
• Yaradıcılıq, strateji hərəkət etmə, riyazi düşünmə bacarığı
• Orta səviyyədə İngilis dili biliyi
• Orta səviyyədə DevOps təcrübəsi
Necə müraciət edilməlidir?
CV & portfolionuzu "Backend Developer" başlığı ilə talent@unitedskills.az ünvanına göndərin. Portfolio əsas həlledici göstərici olacaq. Seçim üç mərhələli olacaq - CV & portfolio, texniki interview, tapşırıq.
Yalnız seçilmiş namizədlərə müsahibə üçün məlumat veriləcəkdir.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.