Ümumi məlumat
Kapital Bank namizədləri Xidmət bölməsində Kiçik əməliyyat-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərilərə xidmət;
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
- Ödəniş kartları üzrə əməliyyatların aparılması;
- Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;
- Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı ;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr