Expressbank ASC-nin Risklərin idarə edilməsi Departamenti/Bank risklərinin təhlili şöbəsi/böyük mütəxəssis vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
- Müştərilər üzrə analitik məlumatların düzgün tərtib olunmasına nəzarətin təşkil edilməsi;
- Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi prosesində iştirak etməsi;
- Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi və təkliflərin verilməsi;
- Əməliyyat risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq strukturlarla müzakirə edərək icrasını davam etdirmək;
- Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflər hazırlayır və tətbiqi prosesində iştirak ediilməsi;
- Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
- Daxili hesabatların hazırlanması.
Namizədə tələblər:- Bankın ABİS-də aparılan əməliyyatların təhlili bacarığı;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi aktları bilməsi;
- Korporativ və işgüzar yazışmaların aparılması bacarığı;
- Ünsiyyətqurma bacarıqları;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- Dəqiqlik, şəffaflığa bağlılıq;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Yüksək qavrama bacarığı və detallara fikir vermə qabiliyyəti;
- Operativlik, işə yüksək enerji və həvəslə yanaşmaq, pozitivlik;
- İqtisadi və ya hüquqi sahələri üzrə ali təhsil
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini müvafiq başlıq ilə cv@expressbank.az mail ünvanına göndərə bilər