- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
- Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az
Namizədə tələblər:Vəzifə: Bankın Bakı filiallarının Kredit şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
- NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri