Baş anbardar
Vəzifə öhdəlikləri
- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
• Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
• Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək, motivasiya etmək və kollektiv ruhunu qorumaq;
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
• Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Təhsil: Natamam Ali
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla)
- Yüksək səviyyədə kompüter bilikləri ( 1C, MS Word, Excel, və s.)
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “Baş anbardar” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.