Baş auditor

Baş auditor

Ateshgah Sigorta
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    26 iyul 2022

  • Bitmə tarixi

    25 avqust 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Auditor vakansiyaları üçün bura keçid edin!

  • Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
  • Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
  • Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.

İş şərtləri:

Əmək müqaviləsi

İş vaxtı 09:00 - 17:30

İş günü – 5/2

Şirkət tərəfindən güzəştli nahar

Əmək haqqı (gross məbləğ): 1699 AZN  – 2270 AZN

Namizədə tələblər:

  • Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil. Magistr dərəcəsi arzuolunandır. Daxili audit üzrə sertifikatlara malik olmalıdır; 
  • Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
  • İş təcrübəsi: sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 4 il;
  • Dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis dili (əla)
  • Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel,  Ms Word və s.) sərbəst işləyə bilməlidir.

Namizəd bilməlidir:

  • Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
  • Daxili auditin aparılmasının prinsip və metodlarını;
  • Yoxlama, sənədli təftiş və təhlil aparılmasının üsullarını;
  • Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
  • Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
  • İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
  • İşgüzar münasibətlərin qurulması etikasını;
  • Kargüzarlığın təşkilini;

Elan #845921

  • 1624

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox