Bakı
Hüquqşünas
2000 - 2500 AZN
Tam-ştat
Ali
04 mart 2024
13 aprel 2024
“Alliance Hüquq Mərkəzi” Mülki, Əmək, inzibati, korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış şəxslər üçün “Baş hüquqşünas” vakansiyası elan edir.
Baş hüquqşünasın əsas vəzifə və öhdəliklər:
1. Şirkət rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanılması;
2. Mülki xarakterli müqavilələrin layihələrinin hazırlanması; Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarına kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması və yeni müqavilələrin peşəkar səviyyədə hazırlanması;
3. AR əmək qanunvericiliyinə əməl olunmaqla, işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı insan resursları şöbəsi ilə işlərin koordinasiyalı təşkili;
4. Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
5. Partniyor müəssisələrdə satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və yazılı rəy vermək;
6. Ərizə, əmr, təlimat, qaydalar, Nizamnamə və əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək; mövcud sənədlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin rəhbərliyə təqdim olunması;
7. Məhkəmədə və digər dövlət orqanlarda, idarə, müəssisə və təşkilatlarda Cəmiyyətin və onun partniyorları adından çıxış etmək və daxil olan sorğuların cavablandırılması;
8. Qəbul edilən qərarların icrasına nəzarət etmək;
9. Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşmə işərinin həyata keçirilməsi;
10. Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarının əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı müvafiq hüquqi dəstək göstərmək;
11. İnzibati xəta və ya cinayət işləri üzrə Hüquq Mərkəzi və onun biznes tərəfdaşlarını təmsil etmək;
12. Müəssisə rəhbərin hüquq xarakterli digər tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirmək.
Tələblər:
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.