Baş məhsul sahibi

Baş məhsul sahibi

PASHA Holding

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Baş məhsul sahibi vakansiyaları üçün bura daxil olun.

Elan № 11317

Baş məhsul sahibi vakansiyaları

Baş məhsul sahibi vakansiyaları

05 Dekabr 2022

Elan tarixi

04 Yanvar 2023

Bitmə tarixi

1159

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Marketinq

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

  • Data Ofisində Baş məhsul sahibi qismində siz, çoxsaylı analitik tətbiq vasitələrinin strategiyasına və icrasına rəhbərlik edəcəksiniz. Siz həmçinin, məhsulun layihələndirilməsi qrupunun tərkibində çalışacaq, lakin Biznes, Mühəndislik, Məlumatların işlənməsi və Dəyişiklik funksiyaları arasında üfüqi istiqamətdə kollektiv əməkdaşlıq əlaqəsini təmin edən şəxs olacaqsınız;
  • Bu, real biznes mənfəətinin təmin olunmasına məsuliyyət daşıyan data analitiklərindən və data üzrə mütəxəssislərdən ibarət qrupa cavabdeh olan rəhbər vəzifədir. Bu, yüksək səviyyəli vəzifədir, siz təşkilat boyu (C səviyyəsinədək) biznes rəhbərləri və tərəfdaşları ilə əməkdaşlıq edəcək, qeyd edilən vəzifədə müvəffəqiyyətli olmaq üçün daha çox maliyyə sahəsinə üstünlük verilməklə, qrupa rəhbərlik, məhsul üzrə təmsilçilik və analitika təcrübəsinə ehtiyac duyacaqsınız;
  • Sizin Agile idarəetmə tipli təşkilatda əvvəlki iş təcrübənizin olması, məhsulun idarə olunması ilə əlaqədar məsələləri dərindən anlamağınız, analitiklərdən, konkret mövzu üzrə ekspertlərdən, sistem arxitektorlarından və data analitiklərindən ibarət Agile icra qrupuna rəhbərlik etmək, onu inkişaf etdirmək və ilhamlandırmaq bacarığınızın olması tələb ediləcək;
  • Siz biznes istifadəçilərinin əsas motivasiyalarını başa düşmək üçün qeyd edilən tələblərdən kənara çıxan marağa və stimula malik olmalısınız. Siz biznes dəyərini artıran əsl müştəri mərkəzli məhsulların işlənib hazırlanmasında yüksək həvəs nümayiş etdirməlisiniz. Siz məhsulunuzla qürur duymalı, onun barəsində hərtərəfli bilik toplamalısınız. Siz məhsulunuzun insani timsalı olmalı, onun komponentlərini nümayiş etdirən demo variantları işə salmağı bacarmalı, rəyləri toplamalı və əlavə tələbləri müəyyən etməlisiniz. İşlərini daha səmərəli və qənaətbəxş şəkildə yerinə yetirməkdə məhsulunuzun müştərilərə göstərə biləcəyi yardımı başa düşmək üçün onlar ilə müzakirələr aparmalısınız. Siz məhsulun faydasını əyani şəkildə nümayiş etdirmək və dəstək qazanmaq üçün demo variantı yuxarı vəzifəli maraqlı tərəflərə də nümayiş etdirməlisiniz;
  • Siz innovasiya tərəfdarı olmalı və yeni texnologiyaların tətbiqinə və yeni icra metodlarına həvəslə yanaşmalısınız. Siz sənayedə təmayüllərin öyrənilməsinə vaxt ayırmalı, digər məhsul qrupları ilə əlaqə yaratmalı və məhsul üzrə yol xəritəsinin hazırlanmasında onların qeydlərini nəzərə almalısınız;

NamİZƏDƏ TƏLƏBLƏR

Minimum bacarıq və təcrübə:

  • Uzunmüddətli əlaqələrin yaradılması, qərarların qəbul olunmasına şərait yaradılması, prioritetlərin əsaslandırılması və müvafiq qaydada, risklərin rəhbərliyin diqqətinə çatdırılması üçün maraqlı tərəflərin idarə olunması və onlarla əlaqələrin yaradılması üzrə mükəmməl bacarıqlar;

Mühüm bacarıq və təcrübə:

  • Baş məhsul sahibi və ya biznes analitiki qismində son məhsulun tam şəkildə təhvil prosesi üzrə təcrübə;
  • Digər əlaqədar komponentlər ilə birlikdə sınaqdan çıxarıla bilən qəbul meyarları əsasında yüksək keyfiyyətli istifadəçi nümunələrini təqdim edə bilmə və müzakirələrin aparılmasına təşviq edən və əməkdaşlığa şərait yaradan vizual xəritələrdən istifadə bacarığı;
  • Müxtəlif komandalar arasında əməkdaşlıq edərək, layihənin icrasını təmin etmə bacarığı. Qənaətbəxş səviyyədə təfsilatlı olmaqla buraxılış planlarına sahib çıxma və onları idarə etmə, həmçinin, məqsədlərin əldə olunmasına təsir göstərə bilən riskləri və məsələləri aşkara çıxarma və onlara qarşı cavab tədbiri görmə bacarığı;
  • İcra metodologiyalarına və proseslərinə Agile və praqmatik yanaşma üsuluna açıq olmaqla yanaşı Çevik sistem barədə müvafiq bilik;

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 11317

Baş məhsul sahibi vakansiyaları

Baş məhsul sahibi vakansiyaları

05 Dekabr 2022

Elan tarixi

04 Yanvar 2023

Bitmə tarixi

1159

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"