Baş Məhsul Sahibi

Baş Məhsul Sahibi

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    25 may 2023

  • Bitmə tarixi

    24 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul Sahibi (PO) vakansiyaları üçün bura keçid edin!

• Bankın əməliyyat sahəsi üzrə proseslərin səmərəliyinin artırılması istiqamətində rəhbərlik etmək;
• Bankın əməliyyat istiqamətində strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək;
• Filiallardan və digər struktur bölmələrinin əməkdaşlarının əlaqəli ehtiyyaclarını öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;
• Kartlar üzrə klirinq və digər sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq;
• Ödəniş terminalları üzrə sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq;
• Kredit, depozit, kart, nağdsız köçürmələr, ödənişlər və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
• Arxiv işini mütəmadi qaydada inkişaf etdirmək və bu sahədə müxtəlif araşdırmalar aparmaq;
• Qanunvericilik tələblərindən irəli gələn tapşırıqların qiymətləndirilməsini, həmçinin bankın əməliyyat infrastrukturuna inteqrasiyasını vaxtlı-vaxtında təmin etmək;
• Mövcud və yaradılacaq yeni məhsul, xidmətlər üzrə mərkəzləşdirilmiş dəstək yanaşmalarını inkişaf etdirmək;
• Filiallarda gözləmə və xidmət vaxtının azaldılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək;
• Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
• Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
• Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
• Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
• Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirmək.

Namizədə tələblər:

• Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə;
• Əməliyyat sahəsi üzrə tələblərin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi təcrübəyə;
• Bankda istifadə olunan proqram təminatları sahəsində təcrübəyə;
• Mühasibatlıq modeli üzrə biliklərinə;
• “Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);
• Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
• Komandada və fərdi şəkildə işləmək bacarığına;
• Strateji və taktiki düşüncə qabiliyyətinə;
• İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
• Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
• Kredit, depozit, kart proseslərinin rəsmilləşdirilməsi barəsində məlumata;
• Bankın filiallarında çıxan problemlərin həlli üzrə təcrübəyə;
• Özünəxidmət həlləri (ATM, Ödəniş terminalları və s.) üzrə təcrübəyə;
• Kart əməliyyatları və hesablaşmalar üzrə biliklərə;
• Yerli bankların bazara təqdim etdikləri məhsul və xidmətləri barəsində detallı məlumatlara;
• Oracle FlexCube, İBM BPM və digər proqram təminatlarının arxitektur xüsusiyyətləri üzrə təcrübəyə;
• Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point,Excel) baza anlayışlara sahib olan şəxsdir.

Elan #849663

  • 671

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox